RU

Yeni reklamda köhnə tərəfdaşa atmaca – “Baku Elektroniks” və “İrşad”

Tanınmış reper Paster ləqəbli Pərviz Quluzadənin yer aldığı reklam çarxı müzakirələrə yol açıb.

TEMPİNFO xəbər verir ki, sənətçi bir müddət əvvəl “Baku Elektroniks”lə əməkdaşlıq edərək şirkətin hazırladığı layihədə rol alıb.

Reper bir müddət sonra isə “İrşad”ın videoçarxında baş rolda çəkilib. Lakin onun yeni partnyorları əvvəlki ortağına atmacası ilə yadda qalıblar.

Belə ki, süjet xəttinə əsasən Paster “Baku Elektroniks”in reklamında çəkilir, çəkişdən sonra  studiyadan çıxaraq “İrşad”dın mağazasına gedir və alış-verişi oradan edir. Reper “real endirimlər harada, biz orada” deyir. Bununla rəqib şirkətə mesaj göndərmiş olur.

“Sosial Media Marketinq” qrupunda sözügedən mövzu müzakirə edilib və sonuncu layihənin Pasterlə “Baku Elektroniks”in nüfuzuna zərərli olduğu deyilib.

Müzakirədə 100-ə yaxın insan fikrini bildirib.

Rəylər sırasında müğənni Hissin də 3 fərqli bankın reklamında çəkildiyi bildirilib və bunun Azərbaycan reklam bazarı reallığına uyğun olduğu söylənilib.

Müzakirə zamanı müqavilədə xüsusi bəndlər yer almadığı təqdirdə tanınmış simanın belə addım atmasında problemin olmadığı da qeyd edilib.

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
tempinfo.az

1Источники