Məşhur fransız rəssamı Benjamin Vautier həyat yoldaşı Anna Vautierin ölümündən saatlar sonra intihar edib. Manset.az xarici mətbuata istinadən xəbər verir ki, anasından saatlar sonra atasını itirən cütlüyün övladları: -"Onsuz yaşamaq istəməyən və yaşaya bilməyən Ben, bir neçə saat sonra evində öz canına qəsd etdi",- deyə qeyd ediblər. Xatırladaq ki, Ben Vautier qrafik rəssam, heykəltəraş idi, eyni zamanda 1960-cı illərdə baş verən Fluksus hərəkatı ilə tanınırdı.