RU

Ərdoğan: "İnflyasiyanın ən çətin dövrü geridə qaldı"

Prezident Ərdoğan İstanbulda keçirilən Türkiyə İxracatçılar Məclisinin 31-ci Fövqəladə Baş Assambleyası və “İxracın Çempionları Mükafatı” Mərasimində çıxış edib, iqtisadiyyatla bağlı mühüm mesajlar verib.

"Cebhe.info" xəbər verir ki, bahalılığa diqqət çəkən Ərdoğan bildirib ki, "Bizim prioritetimiz bu ölkəni bahalı yaşayış problemindən xilas etməkdir. 

İnflyasiyanı azaltmaq üçün siyasətimizi davam etdiririk. İqtisadi proqramımızın ilk ili bir keçid ili idi və biz bu dövrü təxmin etdiyimiz kimi uğurla başa vurduq. İndi inflyasiya arxada qaldı, şükürlər olsun ki, artım templəri də müsbətdir.

Zəlzələ fəlakətinə baxmayaraq, biz 4,5 faiz artım qeydə aldıq. Milli gəlirimiz indiki qiymətlərlə ilk dəfə olaraq 1 trilyon dolları keçdi. Türkiyə iqtisadiyyatı dünyada 17-ci, alıcılıq qabiliyyətinə görə isə 11-ci yerdədir”.

İxracatdakı mövcud vəziyyəti rəqəmlərlə dilə gətirən Ərdoğan "2002-ci ildə bir həftədə etdiyimizi indi bir gündə ixrac edirik. İxrac etməyən vilayət qalmadı. Fil dişi qüllələrində mühakimə edənlər bunları anlamaya bilər. Siz türk mallarını dünyanın hər yerinə aparan qardaşlarım, bunları çox yaxşı bilirsiniz".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
90
cebheinfo.az

1Источники