Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.
"Report"un məlumatına görə, yığma ikinci matçında Kosovo seçməsi ilə üz-üzə gəlib.
Komandamız meydan sahiblərini 14:10 hesabı ilə üstələyib.
Qeyd edək ki, ilk görüşdə Ermənistan kollektivini məğlub edən (21:9) millimiz hazırda B qrupunda liderdir.
12:19
Kişilərdən ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə start verib.
"Report"un məlumatına görə, yığma ilk matçında Ermənistan seçməsi ilə üz-üzə gəlib.
Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.
10:00
Bu gün Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində mübarizəyə başlayacaq.
hakimiyyet.az-ın məlumatına görə, turnirdə ilk olaraq kişi basketbolçular iştirak edəcəklər.
Komandamız Ermənistan seçməsi ilə üz-üzə gələcək.
Qadınlardan ibarət yığmanın ilk sınağı isə Maltaya qarşı olacaq.
8 iyun
Kişilər
11:30. Ermənistan - Azərbaycan
16:10. Azərbaycan - Kosovo
19:40. Kipr - Azərbaycan
23:45. Azərbaycan - Albaniya
Qadınlar
17:50. Azərbaycan - Malta
23:20. Azərbaycan - Lüksemburq
Qeyd edək ki, yarış iyunun 9-da başa çatacaq.