İsrailin Müharibə Kabinetinin üzvü olan keçmiş Baş Qərargah rəisi Benni Qants istefa verə bilər.
Xarici KİV-lərin yazdığına görə buna səbəb kimi, Qəzzadakı müharibə planının uğursuz olması göstərilib.
Keçən ay Benni Qants İsrailin HƏMAS-a qarşı əməliyyatından sonra Qəzzanın işğalı ilə bağlı dəqiq növbəti gün strategiyasını müəyyən etmək üçün Netanyahuya iyunun 8-dək vaxt vermişdi.
Qantsın sözçüləri onun planlaşdırılan çıxışı ilə bağlı təfərrüatları açıqlamasalar da, İsrailin aparıcı qəzetlərinin siyasi şərhçiləri bu gün sabiq generalın istefasını açıqlayacağını bildiriblər.
Azpolitika.info