RU

İsrail 4 girovu HƏMAS əsirliyindən xilas edib - FOTO

İsrail qüvvələri Qəzzada iki fərqli nöqtədə HƏMAS əsirliyində olan 4 nəfəri xilas edib

“AzPolitika” xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Məlumata görə, xilas edilən 4 girov - 25 yaşlı Noa Arqamani, 21 yaşlı Almoq Meir Yan, 27 yaşlı Andrey Kozlov və 40 yaşlı Şlomi Zivdir.

Girovlar xəstəxanaya aparılıb, sağlamlıqlarının yaxşı olduğu bildirilib.

Xatırladaq ki, HƏMAS-ın 7 oktyabr hücumu zamanı 250 israil və digər ölkənin vərəndaşları girov götürülüb. Onlardan 116-sı hələ də Fələstin ərazisində əsir saxlanılır.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
azpolitika.info

1Источники