RU

Azərbaycan çempionatının bürünc medalçısı 7 voleybolçu ilə vidalaşıb

Azərbaycan

Bakı, 8 iyun, AZƏRTAC

Qadınlar voleybolçulardan ibarət “Murov Az Terminal” komandası 7 oyunçu ilə yollarını ayırıb.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Bakı klubu türkiyəli Burcu Şəntürk, serbiyalı İrina Milanoviç, Daniyela Nikiç, kubalı İvis May Vila, rusiyalı Natalya Dumçeva, Bella Qatsalova və qazaxıstanlı Yelena Malaxova ilə vidalaşıb. Həmin oyunçularla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, “Murov Az Terminal” ötən mövsüm bürünc medalların sahibi olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
2
azertag.az

3Источники