RU

Reytinq turniri: Murad Məmmədov finalda

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirinə davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Azərbaycan millisinin 2 idmançısı xalçaya çıxıb. Onlardan Paris-2023 Yay Olimpiya Oyunlarının lisenziyaçısı Murad Məmmədov (63 kq) 1/4 finalda yerli Levente Tothu 11:0 hesabı ilə məğlub edib. O, daha sonra iranlı Meysam Dalkhaniyə (10:1) qalib gələrək finala yüksəlib. Güləşçimizin həlledici görüşdə rəqibi moldovali Viktor Çobanu olacaq.

130 kq-da güləşən Beka Kandelaki isə mübarizəni erkən yekunlaşdırıb. O, startda türkiyəli Rza Kayaalpa 0:3 hesabı ilə uduzub.

Yarışda ölkəmizi 5 yunan-Roma güləşçisi təmsil edir. Sabah Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov, Ülvi Qənizadə (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, millimizin aktivində 2 gündən sonra 2 medal var. Sərbəst növdə Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
3
idman.biz

5Источники