Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə istinadən xəbər verir.“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.
Bundan başqa, ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al” layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-may aylarında 8 milyon 169,2 milyon manat təşkil edib.