2024-cü ilin birinci rübünün nəticələrinə görə, Samsung Avropa bazarının 37%-ni tutur.
Bu barədə Canalys analitik şirkətinin araşdırmasında deyilir.
Şirkətin hesabatına görə, Avropada smartfon tədarükü ötən illə müqayisədə 2% artaraq 33,1 milyon cihaz təşkil edib.
Reytinqdə birinci yeri bazara 12,1 milyon smartfon təqdim edən Samsung şirkəti tutub ki, bu da ümumi bazarın 37%-ni təşkil edir. İkinci yeri 7,3 milyon cihaz tədarük edən və bazarın 22%-ni tutan Apple şirkəti qərarlaşıb. Eyni zamanda, ötən ilin sonunda Apple bazarda birinci yeri tutub. İlk üçlüyü 16% bazar payı və 5,4 milyon smartfon tədarükü ilə Xiaomi qapayır.
Mənbə: Autotech