RU

Türkiyəli məşqçi 10 min dollar CƏRİMƏLƏNDİ

"Panatinaikos" basketbol klubunun baş məşqçisi Ergin Ataman 10 min dollar cərimələnib.

Bizim.Media xəbər verir ki, buna səbəb onun hakimləri tənqid etməsidir.

Hadisə Yunanıstan liqasında final seriyasının ilk matçından sonra baş verib.

Ataman "Panatinaikos"un "Olimpiakos"a 84:89 hesablı məğlubiyyətində hakimləri günahlandırıb. O, Yunanıstan futbolunda əcnəbi hakimlərin niyə dəvət olunduğunu anladığını deyib. Türkiyəli mütəxəssis eyni addımın basketbolda da atılmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, Ataman "Panatinakos"u 13 ildən sonra Avroliqanın çempionu edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
100
1
bizim.media

2Источники