RU

Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir. Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.
Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar yaşamışdır. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.
Ermənistan 2020-ci il sentyabr ayının 27-də cəbhə xətti boyunca Azərbaycana qarşı genişmiqyaslı təxribat törətməklə xalqımızın 30 illik səbir kasasını daşırdı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu dövlətimizin başçısı tərəfindən "Dəmir yumruq" adlanan əks-hücum əməliyyatına - Vətən müharibəsinə başladı. Cəmi 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti, qəhrəman oğullarımızın igidliyi və şücaəti sayəsində yenilməz Azərbaycan Ordusu tarixi missiyanı uğurla başa vuraraq düşməni diz çökdürdü, 8 noyabr tarixində hər bir azərbaycanlının qürur yeri olan Şuşa şəhərini azad etməklə müharibənin məntiqi sonluğunu vurmuş oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: "Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur".
2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilməkdə olan Türk Şurasının bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilmişdir.
“Təşkilat” statusu türk dövlətlərinə imkan verir ki, bütün sahələrdə əlaqələri daha yüksək səviyyəyə qaldırsınlar. Tarixi İstanbul Zirvə görüşündə olduqca mühüm olan “Türk dünyasına baxış — 2040” konsepsiyası qəbul edildi və liderlər arasında Bəyannamə imzalandı. Türk dünyası dövlətlərinin gələcək hədəflərini müəyyənləşdirən bəyannamədə əhəmiyyətli məqamlar yer almışdır.
Zirvə görüşündə mühüm qərarlardan biri təşkilatın müşahidəçiləri və tərəfdaşları ilə bağlı müddəaların qəbul edilməsi olub. Daha bir mühüm qərar, türk dünyasının ilk maliyyə qurumu olan Türk İnvestisiya Fondunun yaradılması olub. Fondun yaradılması təşkilata üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsində, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcminin artırılmasında böyük rol oynayacaq. VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.
31 mart 2022-ci il tarixində TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən növbədənkənar iclasında Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması haqqında qərar qəbul edilib.
Azərbaycanın türkdilli ölkələrlə əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir.
Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi birliyimizin, bərabərliyimizin və qardaşlıq əlaqələrimizin dahada möhkəm olmasının gösdəricisi olmaqla yanaşı, həmdə ölkəmizin etibarlı tərəfdaş dəyərli dost olmasının əyani sübutudur.
Sürətli, yəni davamlı təmaslara, zirvə görüşlərinin mütəmadə keçirilməsi inkişafa, tərəqqiyə yol açmaqla yanaşı xalqlarımızın firavan və təhlükəsiz yaşamasını qarantı olacaqdır.
Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olduğu üçün beynəlxalq yük daşımalarından bəhs edərkən, onu da vurğulayaq ki, son illər¬də Azərbaycan Orta Dəhlizin ən yüksək səviyyədə reallaşdırılması üçün öz üzə¬rinə düşən işləri tam yerinə yetirib. Bakı–Tbilisi–Qars dəmiryolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz Ti¬carət Limanının yükaşırma gücünün ar¬tırılması, eləcə də respublikada nəqliyyat və logistika infrastrukturunun yaxşılaşdı¬rılması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirib.
Hazırda yükdaşımaların artmasında Transxəzər Beynəlxalq Nəqliyyat Mar-şrutunun (Orta Dəhliz) fəaliyyəti daha çox diqqət çəkir. Bu marşrut Çindən Tür¬kiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük axınının artırılması¬na xidmət etməklə region ölkələrinin ti¬carət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır.
Azərbaycan Orta Dəhlizin inkişafına daim önəm verib, bu istiqamətdə real-laşdırılan layihələrin gerçəkləşdirilməsini diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda aprelin 23-də keçirilən beynəlxalq forumda bu gün Orta Dəhlizə heç vaxt olmadığı qə¬dər ehtiyac yarandığını, Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığını vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı biz Siandan çıxmış və Bakıya çatmış kon¬teyner qatarının birgə qarşılanma məra¬simini keçirdik. Beləliklə, bu, ölkələrimiz arasında əməkdaşlığımızın birgə nüma¬yişi idi.
Azərbaycanın nəqliyyat dəhlizlərin¬də rolunun artırılması baxımında ötən il noyabrın 23-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azər-baycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri¬nin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün” Fəaliyyət Planı¬nın əhəmiyyətini də vurğulamaq lazımdır.
Qeyd edək ki, son illər nəqliyyat sektorunda bu sahənin dayanıqlılıq, eti¬barlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğunluğu baxımından konkret və sistemli layihələr həyata keçirilib. Sözügedən istiqamət¬də aparılan dövlət siyasəti ölkəmizin sosial-iqtisadi inkişafına, əhalinin rifahı¬nın yüksəlməsinə, dövlətimizin iqtisadi qüdrətinin artmasına yönələn tədbirləri əhatə edib. Aparılan siyasət institusional islahatlar yolu ilə idarəetmənin təkmil¬ləşdirilməsi, nəqliyyat əməliyyatlarında informasiya-kommunikasiya texnologi¬yalarından geniş istifadə və dövlət tən¬zimləmə mexanizmlərinin tətbiqi yolu ilə sağlam rəqabət mühitinin formalaşması məqsədi daşıyıb.
2015-ci ilin sentyabr ayında keçirilmiş BMT-nin tarixi Sammitində isə dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək Dayanıqlı İinkişaf sahəsində Gündəlik”də qarşıdakı on beş il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, sosial-iqtisadi məsələlər ilə yanaşı, məhz iqlim dəyişmələrinə qarşı mübarizənin vacibliyi və dünya ictimaiyyətinin səfərbər olmasının önəmi vurğulanmışdır. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir. Məhz, Paris Sazişinin 4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası 2015-ci ilin oktyabrında BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə özünün “Milli səviyyədə Müəyyən edilmiş Töhfələr” (NDC) sənədini təqdim etmiş və qlobal miqyasda iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının (İEYQ) 35% həcmində azaldılmasını hədəfləmişdir. Respublikamız 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı Sessiyası (COP26) zamanı rəsmi olaraq qlobal iqlim dəyişmələrinə təsirini azaltmaq məqsədilə təşəbbüslərə töhfə olaraq isə 2050-ci ilə qədər isə 40% azaldılmanı hədəf kimi götürmüşdür.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün səsləndirdiyi bu sözlər indi də qulaqlarda əks-səda verir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!
Doğurdanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində işğaldan azad olmuş ərazilərimiz dirçəlir və inkişaf etdirilərək cənnətə çevrilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”. Deməsi Şuşaya ən böyük qiymətdir.

Yaşasın Azərbaycan!
Yaşasın Türkdilli dövlətlər birliyi!

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi Şamo Qasımov




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
aia.az

1Источники