RU

Qubada sakinlərin problemləri həll olunur

Bərğov kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

6 iyun 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vəlvələ kənd inzibati ərazi dairəsinin Bərğov kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı məlumatlandırılıb, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Bərğov kənd ümumi orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Əhmədov Zahid Alim oğlunun büstü ilə tanış olmuşdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
xalq.az

1Источники