RU

Kuleba: Moskvada isterik ab-hava hökm sürür

Moskvada qarşıdan gələn Sülh Sammiti ilə bağlı isterik ab-hava hökm sürür.

“İki sahil” xəbər verir ki, ​bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O fikrini onunla əsaslandırıb ki, rəsmi Moskvanın Ukraynanı dəstəkləyən Avropa və ABŞ ilə Rusiyanı dəstəkləyən dünyanın qalan hissəsinə bölmək mifi təhlükə altındadır: "Biz Sülh Sammitinə görə Moskvada hökm sürən isterik ab-havadan razıyıq. Biz bunu onların hərəkətlərində və Sammitin baş tutmasına mane olmaq cəhdlərində görürük”, - XİN rəhbəri bildirib.

O, əmindir ki, Ukrayna müttəfiqləri ilə birlikdə Rusiyaya qalib gələcək.

Qeyd edək ki, Qlobal Sülh Sammiti iyunun 15-16-da İsveçrədə keçiriləcək. İndiyədək 100-dən çox ölkə və beynəlxalq təşkilat sammitdə iştirakını təsdiqləyib.

Məhəeeəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
23
ikisahil.az

10Источники