RU

"Real" alman futbolçu üçün 150 milyon avro ödəməyə hazırdı

"Real" gələn il heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi 2025-ci ilin yayında "Bayer"də çıxış edən Florian Virtsi transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Kral klubu" 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 150 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Bayer" Florian Virtsi 2020-ci ilin yanvar ayında "Köln" akademiyasından transfer edib. Almaniya millisinin üzvü başa çatan mövsümdə Leverkusen təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 18 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
88
1
sportal.az

3Источники