RU

Ulduz futbolçudan prokurorluğa şikayət etdilər: "Müasir köləlik"də ittham olunur

"Real"ın və PSJ-nin sabiq qapıçısı Keylor Navas problemlə üzləşib.

Publika.az xəbər verir ki, kosta-rikalı qolkiper evində işləyən bir şəxs tərəfindən müasir köləlikdə ittiham olunub. Fransanın BFMTV telekanalının saytında futbolçunun keçmiş əməkdaşının fikirlərindən ibarət məqalə dərc olunub.

Navasın keçmiş işçisi ondan prokurorluğa şikayət edib. O, son olaraq PSJ-də çıxış edən futbolçunun yanında 20 ay işləyib. Şikayətçinin sözlərinə görə, bunu müqaviləsiz, həftədə 90 saat edib və Fransanın sosial təminat sistemində qeydiyyatdan keçmədən ayda 3200 avro nağd pul alıb. Ona yaşayış yeri kimi pəncərələri olmayan nəm zirzəmi təklif olunub. Şikayətçinin vəkili iş şəraitini "müasir köləlik"lə müqayisə edib.

Bu, Navası qəzəbləndirib. O, sözügedən kanalı məhkəməyə verəcəyini bildirib. “Fransa mediasının mənə və ailəmə toxunan yalan, əsassız və çox ciddi ittihamlarla bağlı dərc etdiyi xəbərdən sonra bütün lazımi hüquqi hərəkətlərə başlamaq üçün işi vəkillərimin ixtiyarına vermək qərarına gəldim” - deyə 37 yaşlı qapıçı sosial şəbəkə hesabında bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
publika.az

1Источники