![Xəstəxanalara](https://azertag.az/files/2024/2/1200x630/17178364923603617243_1200x630.jpg)
Bakı, 8 iyun, AZƏRTAC
Əvvəllər həm Bakı şəhərində, həm də respublikamızın digər bölgələrində tibb mərkəzlərinə gün ərzində 200-300 vətəndaş tibbi xidmət üçün müraciət edirdisə, hazırda bu rəqəm 1500-2000 nəfər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, bu tibb müəssisələrimizdə göstərilən xidmətlərin və çeşidlərin artmasının göstəricisidir. Artıq vətəndaşlar digər müəssisələrə müraciət etməyə ehtiyac görmür.