RU

Azərbaycan növbəti önəmli beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edir

Bakı. Trend:

Azərbaycan Prezidenti cənab İlham Əliyev iyunun 4-də başlayanBakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq XəzərNeft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər BeynəlxalqEnergetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərininaçılışında iştirak edib. Bakı Enerji Həftəsi bir neçə ildir ki,Azərbaycanın paytaxtı Bakı şəhərində uğurlu və nümunəvi bir modeləçevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı illərdəəməkdaşlığın yeni istiqamətlərini müəyyən edilməsini əlaqələndirənplatformaya çevrilib. Bakı Enerji Həftəsi çərçivəsində enerjisektorundakı vacib məsələlər müzakirə edilir və enerji sənayesindəçalışan, sərmayələr xərcləyən böyük şirkətlərin nümayəndələriəhəmiyyətli təkliflərlə çıxış edərək dünya miqyasında enerjitəhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyəçalışırlar. 37 ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı EnerjiHəftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olanaparıcı insanları bir araya gətirir. Enerji Həftəsinin açılışmərasimində cənab İlham Əliyevin iştirakı və çıxışı bütövlükdəqlobal enerji ailəsinə hörmətin nümunəsi kimi qiymətləndirilir.Azərbaycan bu mühüm və vacib platformanın müəllifidir.

Enerji Həftəsinin açılış mərasimində çıxışı zamanı cənab İlhamƏliyev bildirmişdir ki, “Xəzər Neft və Qaz Sərgisi otuz il bundanəvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerjisektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühümrol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirəçevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft,qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşılenerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi.Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu,çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövridi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizinbərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olarki, iyirmi faizinin işğalı ilə müşayiət olundu”. Ölkə başçısı otuzil bundan əvvəl ölkəmizin düşdüyü ağır vəziyyət, Ermənistanınölkəmizə təcavüzü, torpaqlarımızın iyirmi faizinin işğalı, vətəndaşmüharibəsi, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrındaPrezident seçilməsi ilə ölkənin tarixində yeni səhifə açılması,irimiqyaslı iqtisadi islahatlar, demokratik Konstitusiyanın qəbuledilməsi, senzuranın ləğvi və ölkə iqtisadiyyatımızın ən cəlbedicisektoru olan enerji sektoruna investisiyaların cəlb edilməsi barədəfikirlərini bölüşərək qonaqların diqqətinə çatdırdı.

Cənab İlham Əliyev çıxış edərək bildirmişdir ki, “Bu tədbir,əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıqqeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisininkeçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də“Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasındadönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldarmünasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkətiotuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ənazından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq.1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalqneft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizəetibar etdilər”. Qeyd etmək lazımdır ki, “Əsrin müqaviləsi”nin və1994-cü ildə fəaliyyətə başlayan Xəzər Neft və Qaz SərgisiAzərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlbedilməsi istiqamətində mühüm rol oynayıb. "Əsrin müqaviləsi"ninimzalanmasından 30 il müddət keçir. Yeni neft strategiyasınınölkəmizin müstəqillik tarixində mühüm rolu var. Ölkəmizin iqtisadiinkişaf təməllərini və formalaşan güclü maliyyənin əsasını məhzneft gəlirləri təşkil edib. Neft gəlirləri ölkəmizinsosial-iqtisadi inkişafına dərin zəmin yaratmaqla bərabər eynizamanda güclü ordu quruculuğunun təmin olunmasında da bir vasitəolmuşdur və Azərbaycanın öz dövlət suverenliyini, ərazi bütövlüyünütəmin etməsində də fundamental baza rolunu oynamışdır. Qlobalenerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı EnerjiHəftəsinin bu ilki fərqliliyi və yeni məzmun gətirən ən başlıcaistiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun xüsusi yeralmasıdır. Tədbirə qatılan şirkətlərin təxminən 15 faizi məhz həminsektorların təmsilçiləridir və onların əksəriyyəti Azərbaycanın“yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xariciiştirakçılardır. Azərbaycan yüksək səviyyədə məsuliyyət nümayişetdirərək beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasındakörpülər qurmağa çalışan və bu kimi mühüm platformalara evsahibliyi edərək dünya miqyasında nüfuzunu ili-ildən artıranölkələr siyahısındadır. Ölkəmiz son illər yaşıl enerjiyə keçidləbağlı fəal işlər aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarının eyni zamanda Naxçıvanın “yaşıl enerji zonası” elanedilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada vəinkişaf etmiş ölkələr ilə münasibətlərdə ölkəmizə əlavə müsbətimpuls, stimul qazandırır.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
1
az.trend.az

2Источники