Azərbaycan Kapoeyra Federasiyasının Yığma komandası WCF (World Capoeira Federation) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Kapoeyra üzrə Avropa çempionatını uğurla başa vurub.
Aztibb.az-ın xəbərinə görə, çempionatda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin Əczaçılıq şöbəsinin tələbəsi Abbasova Gülçöhrə gümüş medala layiq görülüb.
Azərbaycan komandası medalların sayına görə Avropa çempionatında I yerə layiq görülüb.