RU

Netanyahu iyulun 24-də ABŞ Konqresində iştirak edəcək

ABŞ Konqresinin birgə iclasında "fəxri qonaq" kimi çıxış etmək üçün dəvət edilən İsrailin baş naziri Benyamin Netanyahunun iyulun 24-də Vaşinqtona gələcəyi açıqlanıb.

Turkustan.az xəbər verir ki, Netanyahunu uzun müddətdir Konqresə çağırmağa çalışan ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson sosial şəbəkədə yekun tarixi açıqlayıb. Bundan əlavə, Conson Netanyahunun çıxışını səbirsizliklə gözlədiyini və "İsrail hökumətinin demokratiyanı müdafiə etmək, terrorizmlə mübarizə aparmaq və regionda ədalətli və davamlı sülh yaratmaq vizyonunu" eşitmək istədiyini bildirib.

Netanyahunun dəvət olunması və çağırışa əməl olunması üçün imza atmalı olan Senatda çoxluq lideri Demokrat Çak Şumer elana qatılmayıb. Açıqlamaya qatılmamağımın səbəbi ilə bağlı Şumer, "Baş nazirlə açıq və dərin fikir ayrılıqları var, bunu həm özəl, həm də açıq şəkildə ifadə etdim və bunu davam etdirəcəyəm" "Ancaq Amerikanın İsraillə əlaqələri sarsılmazdır" dedi və hər hansı bir adamı və ya baş naziri üstələyir, ona görə də ondan danışmasını istəmək tələbi ilə razılaşdım" dedi.

Bundan əvvəl 10 iyul 1996, 24 may 2011 və 3 mart 2015-ci ildə ABŞ Konqresində çıxış edən Netanyahu dördüncü dəfə podiuma çıxacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
turkustan.az

1Источники