RU

Bu gün Türkiyədə Qəzza ilə bağlı D-8 ölkələrinin toplantısı keçiriləcək

Bakı. TurkicWorld:

Bu gün Qəzza gündəmi ilə bağlı İstanbulda D-8 ölkələri arasında toplantı keçiriləcək.

TurkicWorld xəbər verir ki, Türkiyənin ev sahibliyi ilə bu mövzuda ölkələrin bir araya gəlməsi, İsrailin Qəzzada səkkiz aydır davam edən qətliamına qarşı kollektiv şəkildə bir mövqe nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

İclasda iştirak edəcək D-8-ə üzv ölkələrin Qəzzada baş verənlərlə bağlı güclü bir ortaq bəyanat qəbul edəcəyi gözlənilir.

Onu da qeyd edək ki, D-8 ilk dəfədir ki, siyasi mövzuda toplantı keçirir.

Görüşdə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar, İndoneziya xarici işlər naziri Retno Marsudi, Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən, İranın xarici işlər nazirinin müavini Əli Baqiri və Banqladeşin sosial rifah naziri Dipu Moninin, həmçinin Misir və Nigeriyadan yüksək səviyyəli rəsmilərin iştirakı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
11
turkic.world

5Источники