RU

Keçmiş astronavt Uilyam Anders təyyarə qəzasında dünyasını dəyişib

Keçmiş astronavt Uilyam Anders təyyarə qəzasında dünyasını dəyişib

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) “Apollon 8” missiyasında iştirak etmiş keçmiş astronavt Uilyam Anders Sietl şəhəri yaxınlığında təyyarə qəzasında həlak olub.ABŞ mətbuatında çıxan xəbərlərə görə, Andersə məxsus köhnə model təyyarə Sietl şəhəri yaxınlığında San Juan adaları sahillərində suya çırpılaraq batıb.Andersin oğlu Qreq Anders 90 yaşlı atasının vəfat etdiyini açıqlayıb.Qeyd edək ki, NASA-nın "Apollon 8" missiyası Yer orbitini tərk edərək Aya çatan ilk ekipajlı kosmik uçuş olub. Ekipaj enməzdən əvvəl Ay ətrafında 10 dəfə orbitə çıxıb və sonra sağ-salamat Yerə qayıdıb.Andersin bu missiya zamanı çəkdiyi "Yer kürəsi" adlı ikonik fotoşəkil Yerin kosmosdan çəkilmiş ilk fotoşəkili olduğu üçün böyük diqqət çəkib və yaddaşlarda qalıb.Mənbə: AA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
afn.az

1Источники