RU

Milli Kitabxanada “Akademik Məmməd Arif Dadaşzadə-120” adlı kitab sərgisi açılıb

Milli

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Milli Kitabxanası görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Dadaşzadənin 120 illiyi ilə əlaqədar geniş kitab sərgisi hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin həyat yolu və yaradıcılığı haqqında kitablar yer alır.

Həmçinin onun ədəbi irsi, ədəbiyyatşünaslıqla bağlı tədqiqat əsərləri, ali məktəblər üçün dərs vəsaitləri, redaktoru olduğu kitablar, dünya ədəbiyyatından tərcümələri Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
102
3
azertag.az

4Источники