RU

Livan cəbhəsi qızışır: Hizbullah İsrailə meydan oxudu

Qrup Qəzza müharibəsi başlayandan bəri Livan sərhədində İranın dəstəklədiyi Hizbullahla toqquşan İsrailin "hərtərəfli müharibəyə hazır olduğu" təhdidlərinə cavab verib.

Turkustan.az xəbər verir ki, Amerikanın Newsweek xəbər saytına danışan yüksək səviyyəli Hizbullah rəsmisi İsraillə münaqişəyə hazır olduqlarını bildirib. İsrail hökuməti bu yaxınlarda “şimaldakı qarşıdurmalara hazırlaşmaq üçün” əlavə 50 min ehtiyat əsgərin çağırılmasını əmr edib.

İsrailin oktyabrın 7-dən bəri eyni təhdidləri səsləndirdiyini, lakin tədbir görmədiyini bildirən sözçü, “ Hizbullah hər zaman hər şeyə hazırdır. O, belə bir bəyanatla İsrailə meydan oxuyub: “Vətəndaşlarımızı və torpaqlarımızı çəkinmədən müdafiə edəcəyik”. Keçən həftə Hizbullah tərəfindən atılan raketlər İsrailin şimalında böyük yanğına səbəb oldu; Baş Qərargah rəisi Herzi Halevi "hücumlara genişmiqyaslı hərbi əməliyyatla cavab vermək qərarına gəlməyə yaxın olduqlarını" bildirib. Digər tərəfdən, Amerika mediası Ağ Evin " Livandakı gərginliyin partlayacağı"ndan narahat olaraq Hizbullah və İsrail arasında diplomatik həll yolu axtardığını bildirib .

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
turkustan.az

1Источники