RU

“Jadan və İtlər“ rok qrupu da döyüşlərə qatılıb

Ukrayna Silahlı Qüvvələrinin sıralarına yenicə qoşulan məşhur ukraynalı yazıçı və rok musiqiçisi Sergey Jadan niyə cəbhəyə getməyə qərar verməsindən danışıb. 

 "Unian"a istinadən xəbər verir ki, 49 yaşlı sənətçi çoxdan ölkəni müdafiə etmək istəyində olduğunu deyib. O, buna hazırda döyüşlərdə olan dostu, “Jadan və İtlər” qrupunun solisti Yevgeni Turçinovla əvvəlcədən hazırlaşıbmış.

"Uzun müddətdir səfərbər olmağı planlaşdırırdıq. Biz VLK-dan keçərək hazırlaşırıq. Biz deyəndə yəni  "Jadan və İtlər" qrupunu nəzərdə tuturam və indi üç nəfərik", - o, LB-yə deyib.

O, xidmət üçün indiki bölməni  ("Xartiya" briqadası-red.)qəsdən seçdiyini də qeyd edib. Sənətçi daim briqadada məşğul olub, müəyyən məsələlərə kömək edib, ədəbi tamaşalardan gələn vəsaiti isə bölməyə bağışlayıb. 

“Bu, bizim böyük ailəmizdir, biz onu yaratmağa kömək etdik, könüllü olaraq dəstəklədik. Kiyevdə İdman Sarayında poeziya gecəsi olanda mən artıq bura qəbul olmuşdum və məzuniyyət ərizəsi yazmışdım – rəhbərlik məni anladı və icazə verdi. Xüsusən də axşam toplantımız xeyriyyə tədbiri idi və biz qazandığımız bütün pulları "Xartiya"ya bağışladıq”, - deyə Sergey qeyd edib.

Tural


Избранный
222
news365.az

1Источники