RU

Jirinovski haqqında serial çəkilir -Siyasətçini Nikita canlandıracaq

Məşhur rusiyalı siyasətçi, pandemiyada koronavirusdan vəfat edən Vladimir Jirinovski haqqında serial çəkilir.

News365.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilir ki, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) gənc qurucusu kimi Jirinovskinin rolunu aktyor Nikita Koloqrivıy oynaya bilər. LDPR lideri Leonid Slutskinin yaydığı məlumata görə serial Birinci Kanalda yayımlanacaq.

"Gənc Jirinovskini Nikita Kologrivıy canlandıra bilər. Bir qədər yaşlı Jirinovski obrazı üçün isə digər namizədlər var. Biz yüksək peşəkarlıq göstərən tərəfdaşlara güvənirik, əminik ki, bu, həqiqətən də tarixi serial olacaq",- Slutski deyib.

Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının keçmiş sədri və Dövlət Dumasının deputatı olmuş Vladimir Jirinovski 2022-ci ildə 75 yaşında ölüb. O, 1992-ci ildə  Rusiya Liberal Demokrat Partiyasının əsasını qoyub. 1993-2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olub.

2000-ci il yanvarın 18-də Rusiya Dövlət Dumasının sədr müavini seçilib. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilib. Ümumilikdə Vladimir Jirinovski Dövlət Dumasının 8 çağırışından 8-ində (1993, 1995, 1999, 2003, 2007, 2011,2015,2019) iştirak edib və 3 çağırışda (1999-2011) sədr müavini seçilib. O, bir neçə dəfə Rusiya prezidentliyinə namizəd olub.

Tural


Избранный
149
news365.az

1Источники