RU

İvanovka müəmması: Ruslar “tutmuşuq“,ISW isə “yalandır“ deyir

Rusiya mediası qoşunların Ukraynada daha bir strateji kəndi ələ keçirməsi barədə məlumat yayıb. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) isə bu mövzuda diqqət çəkən hesabat yayıb.  Qeyd edilir ki, ruslar Ukraynanın Luqansk vilayətinin Svatovoye şəhərinin şimal-qərbinə doğru irəliləyiblər. Lakin onların İvanovkanı ələ keçirməsi barədə heç bir təsdiq yoxdur.

Dərc olunan geolokasiya görüntülərində Ukrayna qüvvələrinin Qlubokoedə (Lipkinin şimalında-red.) əməliyyat aparması görünür. Əvvəllər də rusiyalı hərbi bloggerlər rus qoşunlarının qəsəbə ərazisində olduğunu iddia edərək, Ukrayna qüvvələrinin lokal əks-hücum əməliyyatları keçirdiyini iddia edirdilər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
news365.az

1Источники