RU

Kılıçdaroğlu CHP-ni parçalayır: Azərbaycana necə təsir edəcək?

CHP-nin sabiq sədri Kamal Kılçcdaroğlu 31 mart bələdiyyə seçkilərindən sonra bir televiziya kanalına müsahibəsində prezidentliyə namizədlik prosesi və ondan sonrakı proseslərlə bağlı ilk dəfə geniş açıqlamalar verib. Həm sədrliyə namizədlik mesajı verən, həm də prezident seçkilərində Ərdoğana uduzduqdan sonra “dəyişiklik” hərəkatını başladanları vəfasızlıqda ittiham edən Kılıçdaroğlunun açıqlamaları, qurultayda onu dəstəkləyən bəzi millət vəkilləri və partiya rəhbərləri tərəfindən təəccüblə qarşılanıb. CHP kulislərində belə proqnozlar var ki, Kılıçdaroğlu sentyabrda keçiriləcək “əsasnamə qurultayını” seçkili qurultayına çevirməyə, hətta “yeni partiya qurmağa” cəhd edə bilər.

“Qurultayda yenidən sədrliyə namizəd irəli sürsələr, o zaman deyəcəyik ki, igidlər qabağa getsin” sözləri ilə sədrliyə namizəd ola biləcəyi mesajını verən Kılıçdaroğlu, partiyanın martda bələdiyyə seçkilərində uğurunu da özü ilə əlaqələndirir. İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlunun prezident seçkilərinin ertəsi günü bir dəyişiklik videosunu yayımlaması ilə bağlı suala, "Dəyişiklik tələbinin səbəbini bilirəm. Birdən partladı. Bizi boş yerə bıçaqladıqlarını demirəm” cavabını verib.

Bəzi partiya funksionerləri Kılıçdaroğlunun qərarını “qurultay məğlubiyyətini həzm edə bilməməsi” ilə əlaqələndirir, yarım əsrdən sonra CHP-nin birinci partiya olduğuna diqqət çəkirlər. CHP sədri Özgür Özəl isə sabiq sədrin açıqlamalarını ümumiyyətlə şərh etməyib, jurnalistlərin suallarını cavabsız qoyub: “Bizim gündəmimiz Kamal bəyin yox, Türkiyənin problemləridir. O, bizim əvvəlki sədrimizdir, onunla mübahisə etməyəcəyik, ona cavab verməyəcəyik".

Kılıçdaroğlunun ondan narazı qaldığını düşünmədiyini söyləyən Özəl qurultaydan sonra Kılıçdaroğluna bir neçə dəfə zəng vurduğunu, lakin onunla əlaqə qura bilmədiyini, Ramazan bayramında görüşdüklərini deyib.

“Kamal bəy davamlı olaraq xəncərləndiyi söyləyir, bunu sizəmi ünvanlayır?” sualına cavabdan yayınan Özəl Kılıçdaroğlu ilə mübahisə etməsinin söz mövzusu olmadığını söyləyib. “Sözcü” TV-yə açıqlamasında isə daha sərt cavab verib: “Xəncər demokratiyanın aləti deyil. Demokratiyada etiraz edirsən, qəbul olunmursa, daha güclü etiraz edirsən. Fərqlər ola bilər, irqlər ola bilər, amma sonda Atatürkün qurduğu eyni partiyanın övladlarıyıq. Keçmiş sədr də əvvəllər heç kimə demokratiyadan başqa davranış göstərməsinə icazə verməzdi, bu gün də mən icazə verməyəcəyəm”.

Kulislərdə Kılıçdaroğlunun sentyabrda keçiriləcək nizamnamə qurultayını sədr seçkisinə çevirməyə cəhd edə biləcəyi, hətta yeni partiya qurmaq üçün hərəkətə keçə biləcəyi ilə bağlı fərziyyələr səslənsə də, bu ehtimal zəif qiymətləndirilir.

Kılıçdaroğlunun çıxışını tənqid edənlər, keçmişdə ona qarşı müxalif mövqe tutan CHP-nin keçmiş sədrlərindən Dəniz Baykalı misal çəkirlər. İdarə heyəti, Kılıçdaroğlunun "yeni sədrə işləməyə imkan verməmək" rəftarını qınayır.

“BBC Türkcə”yə müsahibə verən, son qurultayda Kılıçdaroğlunu dəstəkləmiş CHP millət vəkillərindən biri deyib ki, biz də, bələdiyyə başçılarımız da cənab Kamala dəstək verdik, amma alınmadı. Deməli, sosial baza dəyişiklik istəyirdi, partiyanı məcbur etməyin mənası yoxdur.

Kılıçdaroğlunun İmamoğlunu və islahatçı qanadı sərt tənqidini haqlı hesab edənlər də var:

“Kamal bəy yerli seçkilərdə uğurun təməl daşlarını qoyduğunu düşünür. Təbii ki, cənab Özgür bu prosesi uğurla həyata keçirsə, heç bir problem olmayacaq. Kamal bəy istəsəydi, partiyanı qurultaya aparmazdı, amma bunu etmədi. O, sədrliyi öz əli ilə təhvil verib. Verilişdə dedikləri doğru idi, amma kaş ki, “nümayəndələr istəsə, namizəd olacam” deməsəydi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
publika.az

1Источники