RU

Millimiz Albaniyadan “2” alıb

Milli komandaların canlı FİFA reytinqində yerdəyişmələr olub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının da mövqeyi dəyişib.

Buna Albaniya ilə Macarıstanda keçirilən yoldaşlıq oyunu səbəb olub. Arif Əsədovun başçılıq etdiyi milli 1:3 hesabı ilə uduzub.

İki top fərqi ilə uduzan komanda 2 pillə də geriləyib. Millimiz onlayn sıralamada 1174,65 xalla dünyanın 114-cüsüdür.

Yığmamız Albaniya ilə görüşdə 3,18 xal itirib. Nəticədə Vyetnam və KXDR millimizi keçib.

Qeyd edək ki, komandamız növbəti matçını iyunun 11-də Qazaxıstana qarşı keçirəcək.

İdman.biz

Избранный
177
2
idman.biz

3Источники