RU

"Həkimlərimizi tanıyaq!" rubrikası: Üümumi cərrah Oktay Məmmədov

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə Şirvan Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrahı Oktay Məmmədovdan bəhs edəcəyik.
 
Məmmədov Oktay Fazil oğlu 2 may 1956-cı ildə Salyan rayon Xolqaraqaşlı kəndində anadan olub. 1979-1985-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakültəsində ali təhsil alıb. 1985-1986-cı illərdə Bakı şəhər Təcili Yardım Xəstəxanasında cərrahiyyə üzrə internatura keçib.
 
O, 1986-1995-ci illərdə Qazı-Məmməd şəhər 2№-li xəstəxanasında, 1995-2008-ci illərdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində, 2008-2021-ci illərdə Şirvan Müalicə Diaqnostika Mərkəzində həkim–cərrah vəzifəsində çalışıb. 2023-cü ildən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah kimi fəaliyyətini davam etdirir.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
103
aztibb.az

1Источники