RU

“Şəxsən mənim üçün Fransa dost olmayan ölkədi”

Dünyanın tanınmış şahmatçılarından biri Sergey Karyakin belə hesab edir ki, Rusiya idmanının dünyadan təcrid olunduğu indiki şəraitdə dost ölkələrlə yarışlar keçirmək vacibdi.

- Siz hansı variantın tərəfdarısız: təcrid vəziyyətində idmandan şou düzəltmək, yoxsa beynəlxalq yarışlara dönməyə çalışmaq? Hansı vektoru seçməliyik?
- Hesab edirəm ki, dost ölkələrin nümayəndələriylə yarışmalıyıq. Şahmata gəlincə, burda düzgün istiqamətdə müəyyən hərəkətlilik var. Rusiya Şahmat Federasiyasının (RŞF) Asiya Federasiyasına keçidini nəzərdə tuturam. Orda bizim üçün daha geniş perspektiv və güclü rəqabət var. Şəxsən mənim üçün Fransa dost olmayan ölkədi.
Xatırladaq ki, RŞF hələ mayın 28-də Asiya Federasiyasının tərkibinə keçib. RŞF Rusiyanın Avropanı Asiyaya dəyişən ilk idman strukturu oldu. Karyakinin məhz Fransanın adını çəkməsinin isə bəlli bir səbəbi var. Bildiyiniz kimi, növbəti Olimpiya Oyunları Parisdə keçiriləcək. Rusiyalı idmançılar Oyunlara yalnız neytral statusda və fərdi idman növlərində buraxılacaq.

Избранный
120
football-plus.az

1Источники