Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Toğrul Piriyev Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarda “Uşaqlarda apendisit” mövzusunda çıxış edib.
Bu məlumat Aztibb.az-a Hospitaldan verilib.
Seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov, Pediatriya şöbəsinin pediatr-neonatoloqu Nazilə Hüseynova və həkim-rezidentlər iştirak ediblər.
Toğrul Piriyev çıxışında rəhbər tövsiyələrə əsasən apendisitin etiologiyası, patogenezi, diaqnostikası və müalicəsi haqqında həkim və rezidentlərə ətraflı məlumat verib və auditoriyanı maraqlandıran sualları cavablandırıb.