İngilis polisi Londanda restorana hücumda türk mafiyasından şübhələnir.Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə zamanı 1-i uşaq olmaqla 4 nəfər yaralanıb.London polisindən verilən xəbərə görə, hadisə nəticəsində yaralanan 9 yaşlı qızın vəziyyəti hələ də kritik olaraq qalır.İngilis polisi hadisədə türk mafiasının əli olduğunu düşünür.Araşdırmaların davam etdiyi bildirilir.