RU

Parisdə Alkaras-Zverev finalı

“Rolan Qarros-2024”-də kişi tennisçilər arasında finalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, qalib Karlos Alkarasla Aleksandr Zverev arasında müəyyənləşəcək.

Alkaras yarımfinalda Yannik Sinnerdən (İtaliya) güclü olub. İspaniyalı tennisçi hesabda 2 dəfə geri düşsə də, qalib gəlməyi bacarıb – 3:2.

Zverev isə Kasper Ruudla oyunun ilk setini məğlub başa vurub. Bundan sonra oyununda dönüş yaradan almaniyalı raketka ustası 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, final görüşü iyunun 9-da keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
112
idman.biz

1Источники