RU

Ac zürafə körpəni anasının qucağından oğurladı - VİDEO

24 yaşlı Ceyson Toten, həyat yoldaşı Sierra və qızı Peysli Qlen Vəhşi Təbiət Mərkəzinə ekskursiyaya gediblər. Burada bütün ziyarətçilərə heyvanlarla  yaxından təmasa və onlara yemək yedizdirməyə icazə verilir. Əyləncəli gəzinti demək olar ki, ailə üçün faciə ilə başa çatıb.

 

Sfera.az bildirir ki, yayımlanan görüntülərdə heyvanın dişləri ilə uşağın köynəyindən tutaraq qızı havaya necə atdığını görmək olur.

 

Zürafə ailənin maşınına yaxınlaşanda onlar heyranlıqla heyvanlara baxmaqla məşğul olub. Jason və Sierra qızlarından heyvanı əl ilə yedizdirməsini istəyiblər, lakin bir an iki yaşlı körpə qəfildən özünü havada tapıb.

 

Avtomobilin arxasında əyləşən digər turistlər hadisəni videoya çəkiblər. Yayımlanan kadrlarda heyvanın qızın köynəyini dişləri ilə tutub necə yuxarı atdığını görə bilərsiniz.


"Arxa pəncərədən baxdım və bir zürafə gördüm, sonra körpə yuxarı qalxdı. Ürəyim bir anlıq dayandı" - Ceyson hadisəni xatırlayır.

 

Ata bunun təsadüfən baş verdiyinə əmindir. Heyvan yəqin ki, qızcığazın əlindən yemək torbasını qoparmaq niyyətində olub, lakin qız torbanı buraxmayıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Toten ailəsi deyir ki, bu travmatik təcrübə saffari səyahətinə mane olmayacaq. Onlar yenə də safariyə çıxacaqlar. Ancaq hadisə baş verən “Fossil Rim”də bu cür hadisənin yenidən baş vermə ehtimalı azdır. Çünki müəssisədə bu həftədən etibarən qonaqların artıq arxası açıq maşın sürməsinə icazə verilməyəcək. 


Yeri gəlmişkən, zürafələr dünyanın ən hündür məməliləridir. Bu növün nümayəndələri adətən aqressiv deyillər. Çox nadir hallarda dişilər balalarını qoruyarkən aqressivləşə bilərlər.

 

Aynil

Sfera.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
sfera.az

1Источники