RU

iOS 18 ilə yeni Parollar tətbiqi gəlir

Apple-ın iPhone cihazları üçün tezliklə elan etməyə hazırlaşdığı iOS 18 yeniləməsi ilə bağlı yeni məlumatlar ortaya çıxdı.

News24.az Bloomberg-ə istinadən xəbər verir ki, Apple tərəfindən xüsusi olaraq hazırlanmış Parollar tətbiqi yeni əməliyyat sistemi yeniləməsi ilə birlikdə gələcək.

Bu proqram iOS 18 ilə yanaşı, macOS 15 və iPadOS 18-də də əlçatan olacaq.

Yeni tətbiq ilə müştərilərin internet saytlarına və proqram təminatına daxil olmasının asanlaşacağı, Apple-ın illərdir istifadəçilərə parollarını xüsusi proqram yerinə Settings proqramı vasitəsilə göstərməsi gözlənilir.

Bildirilib ki, yeni Passcode tətbiqi, həmçinin cihazlar arasında parol və istifadəçi adlarını sinxronlaşdıran Apple-ın mövcud iCloud Keychain xidməti tərəfindən dəstəklənəcək.

Xüsusi Parollar proqramı həmçinin 1Password və LastPass kimi xidmətlərdən parolları idxal etmək imkanı da daxil edəcək.

Yeni Parollar proqramı iPhone, iPad, Mac və Vision Pro da daxil olmaqla bütün Apple platformalarında əlçatan olacaq.

Onun Windows-da da mövcud olacağı bildirilir.

Qeyd edək ki, Apple 10 iyun bazar ertəsi WWDC 2024 konfransında iOS 18 və digər yeni proqram platformalarını təqdim edəcək.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
94
news24.az

1Источники