RU

Cennifer Lopezin ətrafı Ben Affleki buna görə günahlandırıb

Məşhur cütlüyün boşanma xəbərləri uzun müddətdir ki, dünya mediasının diqqət mərkəzindədir. 

 

Sfera.az bildirir ki, Cennifer Lopez Ben Affleklə evliliyini xilas etməyə çalışır. O, hətta ailəsi ilə daha çox vaxt keçirmək istədiyini əsas gətirərək, dünya turunu ləğv edib. Biletlərin satışı əvvəlcə o qədər də ürəkaçan olmasa da, bu yaxınlarda daha yaxşı satılmağa başlamışdı. Bununla belə, jurnalistlər bildirirlər ki, Cenifferin bütün cəhdləri çətin ki, bu evliliyi xilas etsin. Jurnalistlər həmçinin cütlüyün probleminin tək Cenifferdə olmadığı fikrindədir.

 

Müğənninin yaxın dostları isə əmindirlər ki, aktyor həyat yoldaşının evliliyi xilas etmək üçün göstədiyi cəhdləri heç də yüksək qiymətləndirmir.

 

“Bir çox mənbə ilə söhbətlərdən aydın olur ki, problem J.Lo-nun işinə həvəsin olmaması deyil, onun aktyor Ben Affleklə iki illik evliliyində baş verənlərdir... J.Lo və Affleki tanıyan insanlar ilk dəfə 2002-ci ildə tanış olanda da, deyirdilər ki, evlilik problemi əslində Afflekin özündədir. Həmkarlarından biri onu çətin bir insan kimi təsvir edir. O, hətta 2003-cü ildə çəkiliş meydançasında bir qadını ovlamaq və əldə etməyə çalışmaqda günahlandırılıb. Ben Afflek öz ətrafında da lotario (qadın düşgünü, şorgöz) kimi şöhrət  qazanıb. 


Qeyd edək ki, sözügedən hadisədən sonra Afflek bu davranışına görə üzr istəyərək, özünü uyğunsuz apardığını etiraf edib.


Bu arada, Ben Afflekin küt siması uzun müddətdir ki, sosial şəbəkələrdə memə (yumoristik paylaşım) çevrilib. 

 

Bundan əlavə, bəziləri Afflekin tam spirtli içki aludəçisi olduğunu qeyd edir. Keçmiş həyat yoldaşı Cennifer Qarner də onun bu asılılığı ilə mübarizə aparıb və hətta 2018-ci ildə onu reabilitasiyaya getməyə razı salıb.

 

Keçmiş sevgilisi, aktrisa Qvinet Peltrou bir dəfə sarkazmla demişdi ki, Benin ideal qadını ona bikinidə pivə verən striptizçi olacaq.

 

Jurnalistlərin fikrincə, Afflekin eqoistliyi gündəlik məşq etməyə davam etməsi və əyləncə sənayesində qlobal varlığını gücləndirməsi, lakin J. Lo ilə birlikdə olmaq istəməməsi ilə də sübut edilir.


Cenniferin “Met Gala 2024”də kədərli görünməsi, Benin onun yanında olmaması da heç kimin diqqətindən yayınmayıb.  

 

 

Üstəlik, indi deyəsən o, evliliyə son qoymaq istəyir.

 

“Benin Cenifferin peşəkar seçimləri ilə, xüsusən də bu ilin əvvəlində yayımlanan “The Greatest Love Story Never Told” sənədli filmində münasibətlərini realiti-şouya çevirmək qərarı ilə razılaşmadığı deyilir”.


Müğənninin dostları J.Lo-nun Ben ilə evliliyini qorumaq üçün mübarizə apardığını vurğulayırlar.

 

"Turun ləğvi, evlilik və bütün dünya lağ etsə belə, günahı öz üzərinə götürdü. Çox gözəl insandır və həmişə sevgi istisna olmaqla hər şeydə öz yolunu tapır. O, bu evliliyin yolunda getməsini o qədər istəyir ki, hər cür qurban verməyə hazırdır, o cümlədən rəsmi J. Lo rolundan belə imtina edir. O, boşanmaq, 60 yaşında tək qalmaq istəmir. Mümkün qədər normal görünmək üçün üzgün də olsa, pozitivliyini saxlamağa çalışdığını görmək çox üzücüdür”- deyə sənətçiyə yaxın insanlar bildirirlər.

 

Aynil

Sfera.az

Избранный
251
sfera.az

1Источники