İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağının şimal-şərqində yerləşən məktəbin yaxınlığındakı obyektinə zərbələr endirib.Bu barədə Elchi.az İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinə istinadən xəbər verir.“İsrail Hərbi Hava Qüvvələri Əş-Şatidəki UNRWA məktəbindən fəaliyyət göstərən və əməliyyat nöqtəsi və ya görüş yeri kimi təyin edilən HƏMAS terrorçularına məxsus konteynerə hava zərbələri endirib. HƏMAS terrorçuları məhv edilib”, – məlumatda deyilir.“HƏMAS BMT məktəbinin binasından terror fəaliyyəti üçün pərdə kimi istifadə edərək hücumlar həyata keçirib”, – mətbuat xidməti qeyd edib və xüsusilə vurğulanıb ki, aviazərbələrdən əvvəl mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün zəruri addımlar atılıb.Zərbə yülsək dəqiqliklə idarə olunan hərbi sursatlardan istifadə edilərək həyata keçirilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта