RU

Putin bildirib ki, Rusiya Federasiyasının ixtisaslı əmək miqrantlarına ehtiyacı var

Putin bildirib ki, Rusiya Federasiyasının ixtisaslı əmək miqrantlarına ehtiyacı var

Rusiya müəyyən ixtisaslara və dil biliyinə malik əmək miqrantları cəlb etməlidir.

APA xəbər verir ki, Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib.

“Bizə təkcə əmək miqrantları deyil, müəyyən ixtisasa malik, müəyyən hazırlığa malik, dili bilən, adət-ənənələrimizi bilən və s. insanlar lazımdır” - deyə Putin qeyd edib.

O həmçinin deyib ki, əmək miqrantlarının əsasən gəldiyi ölkələrdən olan həmkarları ilə bu məsələni müzakirə edərək anlaşma əldə edib.

Putinin sözlərinə görə, miqrantların rus dilini, mədəniyyətini, adət-ənənələrini və qanunlarını bilmək baxımından necə hazırlanması məsələsini həll etmək lazımdır ki, bu insanlar burada özlərini rahat hiss etsinlər və ən əsası yerli əhali üçün nə bazarda, nə də məişətdə problem yaratmasınlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
94
apa.az

1Источники