RU

Prezidentin mesajı kifayət qədər açıq və konkret idi...VİDEO

"Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil".

Prezident İlham Əliyevin ötən günkü mesajı kifayət qədər açıq və konkret idi. Azərbaycan 1 il ərzində bu mövzunu dəfələrə gündəmə gətirib. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibliyi barədə Baş nazir Nikol Paşinyanın mövqeyi bəllidir, o da hesab edir ki, əsas qanunda qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər olmamalıdır. Ancaq hələ ki bununla bağlı heç bir müsbət addım atılmır.

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, Ermənistan konstitusiyasında nəinki Azərbaycana, hətta Türkiyəyə qarşı da ərazi iddiaları var. Bu səbəbdən Konstitusiyasına dəyişiklik etməlidir.

Siyasi şərhçi hesab edir ki, əgər gələcəkdə Ermənistanda hakimiyyət dəyişərsə, onlar sülh sazişindən imtina edib Konstitusiyaya istinadla saxta iddialar irəli sürə bilərlər.

İkinci və digər sülhə əngəl olan məsələ isə ATƏT-in Minsk qrupunun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi ilə bağlıdır. Nikol Paşinyana 2 dövlətin Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət təklifi edilib. Ancaq Paşinyanın bununla bağlı mövqeyi bəlli deyil. Azərbaycan isə heç bir halda Minsk Qrupunun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcək.

Bir sözlə, Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi və Minsk qrupunun ləğv edilməsinə razılıq verilməsi hərtərəfli sülh sazişinin bağlanması, delimitasiya və demarkasiya işlərinin aparılması istiqamətində ciddi bir irəliləyiş olacaq. Ermənistan xalqı Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmasını istəyirsə, o zaman Azərbaycanın və Türkiyənin tələbi ilə yeni qanunvericilik aktlarının qəbulunu da həyata keçirməyə hazır olmalıdır. İndi isə blokada vəziyyətində olan, bütün regional layihələrdən kənarda qalan Ermənistanın ərazi iddiaları, xəstə xülyaları onu dünyadan daha da təcrid vəziyyətinə salır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
102
xezerxeber.az

1Источники