RU

Digər ölkələrİsrail ordusu HƏMAS-ın UNRWA məktəbinin ərazisindəki obyektinə zərbə endirib

İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağının şimal-şərqində yerləşən məktəbin yaxınlığındakı obyektinə zərbələr endirib.

Bu barədə “Far.Az” İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinə istinadən xəbər verir.

“İsrail Hərbi Hava Qüvvələri Əş-Şatidəki UNRWA məktəbindən fəaliyyət göstərən və əməliyyat nöqtəsi və ya görüş yeri kimi təyin edilən HƏMAS terrorçularına məxsus konteynerə hava zərbələri endirib. HƏMAS terrorçuları məhv edilib”, - məlumatda deyilir.

“HƏMAS BMT məktəbinin binasından terror fəaliyyəti üçün pərdə kimi istifadə edərək hücumlar həyata keçirib”, - mətbuat xidməti qeyd edib və xüsusilə vurğulanıb ki, aviazərbələrdən əvvəl mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün zəruri addımlar atılıb.

Zərbə yülsək dəqiqliklə idarə olunan hərbi sursatlardan istifadə edilərək həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
2
far.az

3Источники