RU

Avstraliyada təyyarə quşlarla TOQQUŞDU

Avstraliyada təyyarə quşlarla TOQQUŞDU

Avstraliyanın ən böyük aviaşirkəti "Qantas"ın Sidneydən Oklendə (Yeni Zelandiya) uçan təyyarəsi quşun mühərrikə girməsi səbəbindən Sidney hava limanında məcburi eniş edib.

Lent.az xəbər verir ki, bu barədə "9News" telekanalı məlumat yayıb.

Məlumatına görə, insident təyyarə Sidney hava limanından havaya qalxdıqdan bir saat sonra baş verib.

Aviaşirkətin yaydığı ilkin məlumatlara görə, sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Avstraliyanın Hava Nəqliyyatı Təhlükəsizliyi İdarəsi hadisənin səbəblərini araşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
sonxeber.az

1Источники