RU

Messi DÇ-2026-da iştirakı ilə bağlı sualı cavablandırıb

Argentina millisinin futbolçusu Lionel Messi 2026-cı il dünya çempionatına gedəcəyini istisna etməyib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə  İnfobae saytı məlumat yayıb.

 

“Bu, necə hiss etdiyimdən, hansı formada olduğumdan asılıdır. Özünüzə qarşı realist olmağa və mənim buna uyğun olub-olmadığımı bilməyə dəyər”, - Messi deyib.

 

Messi 2023-cü ilin yayında İnter Mayamiyə keçdi. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. Bundan əvvəl o, demək olar ki, bütün karyerasını “Barselona”da keçirib və iki mövsüm PSJ-də çıxış edib.

 

2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu oldu. Bu, ulduz futbolçunun karyerasında ilk belə kubokdur. O, millinin heyətində 100-dən çox qol vurub.

 

Bu mövsüm Messi MLS-də 12 oyun keçirib və 12 qol vurub. Futbolçu həmçinin 9 məhsuldar ötürmə də edib.

 

Bundan əvvəl Messinin "İnter Mayami"də nə qədər qazandığı məlum olub.

 

Nigar

 

Избранный
104
9
oxu24.com

10Источники