2024-cü ilin beş ayında Azərbaycanda sosial sığorta haqları 2,3 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyri-büdcə təşkilatından olan daxilolmaların həcmi 1,5 milyard təşkil edib.
İşsizlikdən sığorta haqlarında da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% artım olub.
2023-cü ildə Azərbaycanda sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 720 min manat çoxdur.
Hazırda ölkə üzrə 17 sığorta bazarı fəaliyyət göstərir.
Gülnar
www.anews.az