RU

“Azərbaycanda dağılan ailələrin çoxuna qayınanalar səbəb olur” - AÇIQLAMA 

Öz aktuallığını daima qoruyan məsələlərdən biri də gəlin-qayınana münasibətləridir. Gəlin-qayınana dedikdə ağıla, əsasən, tükənmək bilməyən mübahisələr gəlir.

Bəs bu münasibətlər necə tənzimlənməlidir?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, Azərbaycan ailələrində ailə anlayışı bir qədər fərqlidir.

"Şərq xalqları ilə müqayisədə qərbdə valideynlər övladlarına daha çox bağlı olurlar. Lakin bu hədsiz sevgi bəzən qısqanclığa və münaqişələrə səbəb olur. Oğlan anaları, əsasən, gəlinlərini qəbul edə bilmirlər. İstəyirlər ki, evə yeni gələn gəlin onun bütün qayda-qanunlarına tabe olsun. Bunun üçün də daima müdaxilələr edirlər. Təbii ki, bunlar da münaqişəsiz ötüşmür. Ailə qurmazdan öncə hər bir fərd valideynlərindən ayrılmağı və müstəqil yaşamağı bacarmalıdır”.

Psixoloq qeyd edib ki, burada əsas rol ərin üzərinə düşür.

“O, valideynləri və yoldaşı arasındakı sərhədi qoruyub saxlamalıdır. Və yeni qurduğu ailəsinə fokslanmalıdır. Yoldaşı haqqında deyilən hər mənfi rəyin təsirinə düşməməlidir. Oğlanlar, əsasən, analarının gəlin haqqıdakı mənfi düşüncələrindən təsirlənirlər. Və nəticə etibarilə yoldaşı ilə münaqişə edirlər. Amma bir şəxsiyyət kimi formalaşan insanın öz düşüncəsi və müşahidə qabiliyyəti olmalıdır. Hər deyilən sözdən təsirlənən kişilər ailənin xoşbəxtliyini qoruyub saxlaya bilməz. Valideyn yeni qurulan ailə münasibətlərinə müdaxilə etməməlidir. Onlar harada dayanmalı olduqlarını bilməlidirlər”.

Ləman Məmmədovanın sözlərinə görə, gəlinlərin etdikləri səhv isə özlərindən tez çıxmalarıdır:

“Qayınanaya qarşı aqressiv cavablar verməkdən qaçmaq lazımdır. Balansı qorumaq vacib şərtlərdən biridir. Dağılan ailələrin bir çoxuna qayınanalar səbəb olur. Ailədə baş verən hər bir problem də valideynlərə bildirilməməlidir. Çünki bu, onlar arasındakı kiçik problemin daha da böyüməsinə səbəb olur. Bəzən ayrı yaşamağı çıxış yolu olaraq görürlər. Lakin qayınana müdaxilə etməyə və hər şeyə qarışmağa meyllidirsə, ayrı yaşamaq da çarə deyil. Telefon ilə hər şeyi sorğulaya və istiqamət verə bilər. Məhz bu baxımdan əsas yük oğulun üzərinə düşür. O, öz ailəsini qorumaq üçün anasının müdaxilələrinə şərait yaratmamalıdır”.

Избранный
71
50
gundem.az

10Источники