RU

“Finex Kredit” BOKT ötən il kiçilib, kredit portfeli azalıb

“Finex Kredit” BOKT ASC 2023-cü ili 4 166 manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2022-ci ildə 644 min manat zərər etmişdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Finex Kredit” BOKT-un faiz gəlirləri 921 min manat (əvvəlki ilə nisbətən 14% çox), faiz xərcləri 148 min manat (71% az) təşkil edir.

Hesabat dövründə BOKT-un cəmi aktivləri 3 milyon 940 min manat olub ki, bu da illik müqayisədə 24% azalıb. Bunun  2 milyon 845 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 21% azalıb.

Избранный
92
50
banker.az

10Источники