RU

“COP29-un Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir”

“COP29-un

Əziz Əlibəyli: “Ölkə yeni tərəfdaşlıqlar qurmaq imkanı əldə edəcək”

“Azərbaycan hökuməti COP29-u fəal şəkildə dəstəkləyir və onun təşkilinə əhəmiyyətli vəsait ayırır. Bu, ölkə iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir. Azərbaycan həm də dinamik inkişaf edən ölkə olaraq COP29-un təşkilinə böyük önəm verir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında beynəlxalq münsibətlər üzrə ekspert Əziz Əlibəyli deyib. Ekspert bildirib ki, COP29 Azərbaycan üçün beynəlxalq arenada tanınma və nüfuz qazanmaq, iqtisadi inkişaf üçün yeni imkanlar yaratmaq baxımından əhəmiyyətlidir: “Ölkə iqlim dəyişikliyi ilə mübarizədə əldə etdiyi nailiyyətləri təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq imkanı əldə edəcək.

Azərbaycan COP29-a hazırlıq çərçivəsində karbon emissiyalarını 2030-cu ilədək 35%, 2050-ci ilədək isə 40% azaltmağı, bərpa olunan enerji potensialını artırmağı və 2050-ci ilədək "sıfır emissiya" iqtisadiyyatına keçməyi planlaşdırır. Bu öhdəliklər ölkənin iqlim dəyişikliyi ilə mübarizədə liderlik etmək istəyini göstərir.

COP29-un Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunu artırmaq, iqtisadi inkişaf üçün yeni imkanlar yaratmaq və iqlim dəyişikliyi ilə mübarizədə əldə etdiyi nailiyyətləri təqdim etmək baxımından böyük əhəmiyyət kəsb edir”.

Избранный
190
1
xalqcebhesi.az

10Источники