RU

Qadın idmançı 32 yaşında öldü: Bu xəstəliyin qurbanı oldu

Amerikalı voleybolçu Canisa Conson 32 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, 2021-ci ildən səhhətində problemlər yaşayan xanım idmançı kolon xərçənginin qurbanı olub.

O, iki il müalicə aldıqdan sonra səhhətində irəliləyişə nail olub. Bir neçə aylıq müalicədən sonra məlum olub ki, Kanisa xərçəngə qalib gəlib. Ona meydanlara qayıtmağa belə icazə verilib.

2023-cü ilin əvvəlində sağlamlığındakı problemlər yenidən baş qaldırıb. Mütəxəssislər ona eyni diaqnozu qoyublar. Lakin bu dəfə Consonun vəziyyəti ağır olub. Bir müddət davam edən həyat mübarizəsindən sonra onu xilas etmək mümkün olmayıb.

Избранный
86
46
publika.az

10Источники