RU

Hummels İtaliya klubuna keçir

"Borussiya" ilə müqaviləsi başa çatan Mats Hummels komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, almaniyalı mərkəz müdafiəçisi karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır. Bu barədə "Corriere dello Serra" nəşri məlumat yayıb.

"Roma" azad agent statusunda olan 35 yaşlı futbolçuya 2+1 illik müqavilə təklif edəcək. ABŞ və Səudiyyə Ərəbistanından da təkliflər alan təcrübəli oyunçu Avropada qalmaq qərarı verib.

Qeyd edək ki, Mats Hummels "Borussiya"nın heyətində meydana çıxdığı 508 rəsmi matçda 38 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
110
12
sportal.az

10Источники