Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə bu ilin may ayında 2 min 765 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Müraciətlərin 1045-i ünvanlı dövlət sosial yardımı, 627-si pensiya təyinatı, 696-sı sosial müavinət və təqaüd, 50-si sosial sığorta və fərdi uçot, 347-si isə digər istiqamətlər üzrə olub.